"Əl-Nəsr" dünya şöhrətli futbolçusu Kriştiano Ronaldo ilə müqaviləsini 2026-cı ilə qədər uzatmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi artıq 39 yaşlı forvard ilə danışıqlara başlayıb.
Sözləşmənin 2026-cı ilə qədər uzadılması Ronaldonun DÇ-2026-da iştirak şansını artıracaq. Bundan başqa, portuqaliyalı hücumçunun Səudiyyə Ərəbistanı çempionatında iştirakı liqanın dəyərini artırır.
Xatırladaq ki, Ronaldonun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Hücumçu ötən mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib, 44 qol vurub, 13 qolun ötürməsini verib.
Bizim.Media
![Ronaldo ilə danışıqlara BAŞLANILDI Ronaldo ilə danışıqlara BAŞLANILDI](https://bizim.media/file/articles/2024/07/13/1720816614_photo_5228758633318308727_x_16x9.png)
- A-
- A
- A+
İdman
00:50 / 13.07.2024
Ronaldo ilə danışıqlara BAŞLANILDI
Hazırda oxunan: Ronaldo ilə danışıqlara BAŞLANILDI
Hazırda oxunan: Ronaldo ilə danışıqlara BAŞLANILDI
201804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.