“Sumqayıt” Rusiya klubu ilə QARŞILAŞACAQ 

“Sumqayıt” Rusiya klubu ilə QARŞILAŞACAQ 

Hazırda oxunan: “Sumqayıt” Rusiya klubu ilə QARŞILAŞACAQ 

200113

“Sumqayıt” sabah təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. 

Bizim.Media xəbər verir ki, Ankara yaxınlığında məskunlaşacaq komanda burada 3 yoxlama görüşü keçirəcək. 

Rəqiblərdən biri artıq məlumdur. Samir Abbasovun komandası iyulun 7-də Rusiyanın “Orenburq” klubu ilə qarşılaşacaq. Yoxlama oyunlarında digər rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək. 

Qeyd edək ki, “Sumqayıt”ın Türkiyə toplanışı iyulun 17-də yekunlaşacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO