Avro-2024-də 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, Fransa "Merkur Spiel Arena"da Belçika ilə üz üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən fransızlar 1/4 finala yüksəlib.
Didye Deşamın komandası bu mərhələdə Portuqaliya - Sloveniya oyununun qalibi ilə qarşılaşacaq.
Digər oyunda Portuqaliya "Deutşe Bank Park"da Sloveniya ilə qarşılaşacaq. İtaliyalı Daniele Orsatonun baş hakimlik edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bugünkü matçların qalibləri 1/4 finalda bir-birlərinə rəqib olacaqlar.
Qeyd edək ki, bunadək keçirilən 4 1/8 final matçından sonra 1/4 finalın 2 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə üz-üzə gələcək.
Avro-2024, 1/8 final
20:00. Fransa - Belçika - 1:0
Qol: Yan Vertongen, 85-avtoqol
Baş hakim: Qlen Niberq (İsveç)
"Merkur Spiel Arena"
Bizim.Media