Çempionlar Liqasında bu gün ilk finalçının adı bəlli olacaq

Çempionlar Liqasında bu gün ilk finalçının adı bəlli olacaq

Hazırda oxunan: Çempionlar Liqasında bu gün ilk finalçının adı bəlli olacaq

19993

Mayın 4-də futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, turnirin ilk finalçısı İngiltərədə bəlli olacaq.

“Mançester Siti” Fransada 2:1 hesabı ilə məğlub etdiyi “Paris Sen-Jermen” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Niderlandlı Byörn Kuypersin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Şəhərlilər”i mərhələ adlamaq üçün qələbədən savayı, istənilən heç-heçə, hətta 0:1 hesablı məğlubiyyət də qane edəcək.

Cavab görüşü öncəsi meydan sahiblərində Joao Kanselo, qonaqlarda isə Kilyan Mbappe ilə Kolin Daqbanın meydana çıxması sual altındadır. Həmçinin Paris təmsilçisinin heyətində ilk matçda qırmızı vərəqə görən yarımmüdafiəçi İdrissa Geye oyunu buraxacaq.

Mərhələnin digər oyunu mayın 5-də “Çelsi” ilə “Real Madrid” klubları arasında oynanılacaq. Bu komandaların Madriddə keçirilən görüşü heç-heçə başa çatıb – 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO