AVRO-2024: İspaniya bu gün Gürcüstanı sınağa çəkəcək

AVRO-2024: İspaniya bu gün Gürcüstanı sınağa çəkəcək

Hazırda oxunan: AVRO-2024: İspaniya bu gün Gürcüstanı sınağa çəkəcək

199718

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində bu gün İngiltərə Slovakiya ilə, İspaniya isə Gürcüstanla üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, qrup mərhələsində inamsız təsir bağışlayan ingiltərəlilər 1/8 final mərhələsində etimadı doğrultmağa çalışacaqlar.

Slovakiya millisi isə ələ düşən fürsətdən layiqincə yararlanaraq azarkeşlərini sevindirmək niyyətindədir.

Rəqiblər indiyədək ümumilikdə altı dəfə üz-üzə gəliblər. Qarşılaşmaların hər biri İngiltərə millisinin qələbəsi ilə başa çatıb. Məhz bu səbəbdən bu görüşün də favoriti İngiltərə millisi hesab olunur. Komandaların heyətində itkilər yoxdur.

İspaniya-Gürcüstan görüşünün açıq favoriti ispanlardır. Amma turnirin sürpriz komandası olan Gürcüstan millisi ilə görüş İspaniya seçməsi üçün heç də asan olmayacaq. 

Qrup mərhələsində gözlənilmədən Portuqaliyanı 2:0 hesabı ilə məğlub edən Qafqaz təmsilçisi ispanlarla görüşdə də etimadı doğrulda bilər. İspaniya millisi isə ümumilikdə AVRO-2024-ün də favorit komandalarından sayıldığı üçün qalib gələrək statusunu təsdiqləməyə çalışacaq.

Komandalar indiyədək ümumilikdə yeddi dəfə qarşılaşıblar. Bunlardan beşində İspaniya millisi, birində isə Gürcüstan seçməsi qalib gəlib, bir görüş heç-heçə bitib.

Rəqiblərin heyətində ciddi itkilər var. İspaniyanın heyətində Naço Fernandes və Ayozi Perea zədəli olduqlarından komandaya kömək edə bilməyəcəklər. Gürcüstan seçməsində isə Anzor Mekavabişvili cəzalı olduğundan görüşü buraxmalı olacaq.

30 iyun

1/8 final mərhələsi

 

İngiltərə - Slovakiya

Saat 20:00, "Veltins Arena"

 

İspaniya - Gürcüstan

Saat 23:00, "RheinEnergieStadion"

 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO