“Turan Tovuz” Berdıyevlə müqavilə imzaladı - RƏSMİ

“Turan Tovuz” Berdıyevlə müqavilə imzaladı - RƏSMİ

Hazırda oxunan: “Turan Tovuz” Berdıyevlə müqavilə imzaladı - RƏSMİ

198966

"Turan Tovuz"un yeni baş məşqçisinin adı açıqlanıb. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılan danışıqlardan sonra tanınmış mütəxəssis Kurban Berdıyevlə 2+1 illik müqavilə bağlanılıb.

Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi” , Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.

PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020-2021-ci illər mövsümdə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO