AVRO-2024: Niderland Avstriyanı, Fransa Polşanı sınağa çəkəcək

AVRO-2024: Niderland Avstriyanı, Fransa Polşanı sınağa çəkəcək

Hazırda oxunan: AVRO-2024: Niderland Avstriyanı, Fransa Polşanı sınağa çəkəcək

198897

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları başa çatmaq üzrədir.

Bizim.Media xəbər verir ki, C qrupunda qərarlaşan komandalar bu gecə növbəti mərhələyə adlamaq uğrunda mübarizəyə start verəcəklər.

İngiltərə yığması Sloveniya millisi ilə, Danimarka isə Serbiya ilə üz-üzə gələcək. Aktivində dörd xalı olan İngiltərə seçməsi Sloveniyanı məğlub edərək və ya heç-heçəyə razılaşaraq növbəti mərhələyə lider kimi adlamaq niyyətindədir.

Əks halda, yəni Sloveniya seçməsi İngiltərə ilə, Danimarka isə Serbiya ilə matçda qələbə qazanarsa, ingilislər növbəti mərhələyə qrupun ən yaxşı üçüncüsü kimi yüksələcəklər. Bu isə öz növbəsində, təbii ki, Serbiya və Danimarka seçmələri üçün müsbət hal sayılacaq.

Günün digər görüşləri isə D qrupunda keçiriləcək. Niderland Avstriya ilə, Fransa isə Polşa ilə üz-üzə gələcək. Hərəyə dörd xalı olan Niderlandla Fransa mütləq qələbə qazanaraq növbəti mərhələyə lider kimi adlamaq niyyətindədirlər. Niderland-Avstriya görüşünün qalibi avstriyalılar olacaqları təqdirdə isə növbəti mərhələyə qrupun ən yaxşı üçüncüsü kimi Niderland millisi yüksələcək.

25 iyun

D qrupu

Fransa - Polşa

Saat 20:00, "Signal Iduna Park"

Niderland - Avstriya

Saat 20:00, "Olympiastadion"

C qrupu

Danimarka - Serbiya

Saat 23:00, "Allianz Arena"

İngiltərə - Sloveniya

Saat 23:00, "RheinEnergieStadion"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO