UEFA AÇ-2024-ün 2-ci turunda ötən gün keçirilən Türkiyə - Portuqaliya matçı (0:3) ilə bağlı araşdırmaya başlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, matçda təhlükəsizliyin yaxşı təmin olunmaması UEFA-nın hərəkətə keçməsinə səbəb olub.
Məsələ burasındadır ki, matç zamanı və oyundan sonra 6 nəfər Portuqaliya millisinin lideri Kriştiano Ronaldo ilə şəkil çəkdirmək üçün meydana daxil ola bilib.
39 yaşlı hücumçu ikinci hissədə meydana daxil olan azyaşlı azarkeşi incitməyib və onunla şəkil çəkdirib. Lakin matçın final fitindən əvvəl daha üç azarkeş meydana daxil olduqda Ronaldo əsəbiləşib.
Bundan əlavə, matçın sonunda təhlükəsizlik dəhlizini yarıb keçən daha iki azarkeş ulduz futbolçuya çata bilib.
Oyundan sonra Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez də təhlükəsizliklə bağlı narahatlığını bildirib: “Bu, narahatedici məqamdır. Çünki bu gün azarkeşlərin niyyəti yaxşı idi, amma sabah fərqli davransalar, futbolçular təhlükəyə atılmış olacaq”.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:57 / 23.06.2024
UEFA Türkiyə - Portuqaliya matçı ilə bağlı araşdırmaya başladı
Hazırda oxunan: UEFA Türkiyə - Portuqaliya matçı ilə bağlı araşdırmaya başladı
Hazırda oxunan: UEFA Türkiyə - Portuqaliya matçı ilə bağlı araşdırmaya başladı
198629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.