Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə klubun idman direktoru Səməd Nəsibov sport24.ru-ya açıqlamasında deyib.
O, 71 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzaladıqlarını bildirib:
“Dünən axşam Kurban Berdıyev Bakıya gəldi və bu gün onunla müqavilə imzaladıq. Hər şey qaydasındadır, danışıqlar tez və yaxşı keçdi.
Əvvəlcə bu mütəxəssisi daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə imzalamaq istəyirdik. Amma danışıqlar və nüansların müzakirəsi zamanı biz müqavilənin şərtlərini dəyişdik. “Turan” Kurban Berdıyevin işini izlədi və klubumuz başa düşdü ki, bu mütəxəssislə uzunmüddətli layihə qurmaq olar. Berdıyevin adı və təcrübəsi rol oynadığından yekun müqavilə 2+1 sistemi ilə bağlanıb".
S.Nəsibov bildirib ki, böyük bir layihə qururlar:
"Kurban Berdıyevin qarşısına çoxlu məqsəd qoymuşuq. Birincisi, komandanın Azərbaycan çempionatında uğurlu çıxışı və Konfrans Liqasına vəsiqə qazanması. Məşqçi akademiyamızla işləməyə xüsusi diqqət yetirəcək. Berdıyev bizə yeni klub qurmağa və komandamızın gələcək uğurları üçün yaxşı zəmin yaratmağa kömək edəcək".
Qeyd edək ki, K.Berdıyev Mahaçqala "Dinamo"sunun klub prezidentinin müşaviri vəzifəsində çalışırdı.
Bizim.Media
![Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi TƏYİN OLUNDU Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi TƏYİN OLUNDU](https://bizim.media/file/articles/2024/06/22/1719084570_photo_5456346205849247872_x_16x9.png)
- A-
- A
- A+
İdman
06:18 / 23.06.2024
Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi TƏYİN OLUNDU
Hazırda oxunan: Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi TƏYİN OLUNDU
Hazırda oxunan: Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi TƏYİN OLUNDU
198560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.