"Sabah"ın yay hazırlıq planı bəlli olub.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, növbəti mövsümün hazırlıqlarına iyunun 20-də Masazırda, “Bank Respublika Arena”da başlayacaq.
İyunun 24-dən 29-dək Qəbələdə hazırlıq keçəcək “Sabah”, iyulun 1-də təlim-məşq toplanışın ikinci mərhələsi üçün Sloveniyaya yollanacaq.
Çatej-ob-Savi qəsəbəsində məskunlaşacaq komanda 4 yoxlama oyunu keçirəcək. İyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə bu ölkənin “Rux” (Lvov) komandası ilə qarşılaşacağıq.
"Sabah" iyulun 18-də Bakıya qayıdacaq.
Qeyd edək ki, ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Masazır təmsilçisinin Konfrans Liqasında oyunlarını iyulun 25-də və avqustun 1-də keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
10:18 / 17.06.2024
“Sabah” yay hazırlığını Sloveniyada keçirəcək - FOTO
Hazırda oxunan: “Sabah” yay hazırlığını Sloveniyada keçirəcək - FOTO
Hazırda oxunan: “Sabah” yay hazırlığını Sloveniyada keçirəcək - FOTO
197668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.