Ronaldinyo Braziliya millisinin oyunlarını izləməkdən imtina ETDİ

Ronaldinyo Braziliya millisinin oyunlarını izləməkdən imtina ETDİ

Hazırda oxunan: Ronaldinyo Braziliya millisinin oyunlarını izləməkdən imtina ETDİ

197406

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo ölkəsinin Amerika Kubokundakı görüşlərini izləməyəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Cartoloucos" kanalına açıqlamasında 44 yaşlı keçmiş futbolçu özü bildirib.

O, yığmasının görüşlər zamanı çox zəif təsir bağışladığını söyləyib: "Heç bir oyuna baxmağı düşünmürəm. Həyəcanı və sevinci yoxdur. Ümumiyyətlə Braziliya millisinin oyunlarına baxmaqdan imtina edirəm".

Qeyd edək ki, "sambaçılar" Amerika Kubokunun D qrupunda Kosta-Rika, Paraqvay və Kolumbiya yığmaları ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO