“Qarabağ” Kadiyə təklif göndərdi

“Qarabağ” Kadiyə təklif göndərdi

Hazırda oxunan: “Qarabağ” Kadiyə təklif göndərdi

196963

“Qarabağ” sabiq futbolçusu Kadi Borgesin transferi üçün Rusiyanın “Krasnodar” klubuna təklif göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə yarımmüdafiəçinin agenti Helsio Alisk “RB Sport”a açıqlama verib.

O, Azərbaycan çempionunun oyunçu üçün təklif göndərdiyini təsdiqləyib:

“Qarabağ” həqiqətən Kadi üçün təklif göndərib. Amma bundan artıq heç nə deyə bilmərəm. Biz “Krasnodar”ın qərarını gözləyirik”.

Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, son mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO