Türkiyənin qadın voleybolçulardan ibarət milli komandasının üzvü Zəhra Günəş zədələnib.
Bizim.Media xəbər verir ki, bu barədə voleybolçu özü İnstagram hesabında paylaşım edib.
O, ABŞ-da ayağından zədə aldığını bildirib: “Hiss etdiyim kədəri və bundan sonra duyduğum hissləri bölüşmək istərdim. Şokdan çıxdıqdan sonra güclü sevgi və sonsuz dəstək hiss etdim. İstanbulda tez sağalacağıma və Parisdə komandamın yanında olacağıma ürəkdən inanıram. Dualarınız və xoş arzularınız üçün çox sağ olun. Parisdə görüşənədək!”, deyə o, qeyd edib.
Bizim.Media