Lunyov azarkeşlərə SƏSLƏNDİ

Lunyov azarkeşlərə SƏSLƏNDİ

Hazırda oxunan: Lunyov azarkeşlərə SƏSLƏNDİ

195749

"Qarabağ"dan ayrılan qapıçı Andrey Lunyov klubun mətbuat xidmətinə açıqlama verib.

Bizim.Media xəbər verir ki, 32 yaşlı qolkiper açıqlamasına Ağdam təmsilçisinin azarkeşlərinə təşəkkür edib. 

"Əziz azarkeşlər, bu mövsum, bizə bəxş etdiyiniz sevinc dolu anlara görə hamınıza təşəkkür edirəm! Biz də öz növbəmizdə çalışırdıq ki, sizə təşəkkürümüzü eyni formada bildirək. Uğur və uğursuzluq dövründə həmişə yanımızda oldunuz. Səfər etdiyimiz bütün ölkələrdə bizə dəstək oldunuz, bu da bizə əlavə güc, enerji verirdi.

Bütün qəlbimlə sizə təşəkkür edirəm. Gələcəkdə də "Qarabağ"ı belə dəstəkləməyinizi arzulayıram. Futbolçuların buna ehtiyacı var. Uğurlar diləyirəm!", - deyə Lunyov bildirib.

Qeyd edək ki, "Qarabağ" bu gün Andrey Lunyovla başa çatan müqavilənin yenilənmədiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO