Azərbaycan kubokunda finalçılar müəyyənləşdi

Azərbaycan kubokunda finalçılar müəyyənləşdi

Hazırda oxunan: Azərbaycan kubokunda finalçılar müəyyənləşdi

194455

Həndbol üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

Bizim.Media xəbər verir ki, qadınların mübarizəsində ilk olaraq yarımfinal görüşündə “Qarabağ” və “Kür” kollektivləri qarşılaşıb. 

Gərgin mübarizə şəraitində keçən görüşdə 29:28 hesabı ilə qələbə qazanan ikincilər həlledici mərhələyə vəsiqə qazanıblar. 

Onların finaldakı rəqibi digər yarımfinal cütündə “İdman Akademiyası”na (45:28) qalib gələn “Azəryol” həndbolçuları olacaq. “Kür” və “Azəryol” komandaları arasında baş tutacaq final oyunu mayın 30-da keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO