“Kocaelispor” Şeydayevə görə 2 milyon avro istəyir

“Kocaelispor” Şeydayevə görə 2 milyon avro istəyir

Hazırda oxunan: “Kocaelispor” Şeydayevə görə 2 milyon avro istəyir

194454

Azərbaycanlı futbolçu Ramil Şeydayev “Kocaelispor”da ümidləri doğrultmayıb. 

Bizim.Media xəbər verir ki, millimizin üzvü yayda komandanı tərk edə bilər. Klub Azərbaycan millisinin hücumçusuna 2 milyon avro transfer qiyməti qoyub. Qışda “Buriram”dan (Tailand) İzmit təmsilçisinə keçən Ramilin komandanın ən bahalı futbolçusu olduğu bildirilib. 

Ödənilən məbləğ qarşılığında arzulonan oyunu nümayiş etdirməyən Şeydayev də “Kocaelispor”u tərk etməyin əleyhinə deyil. Həmyerlimiz yerli mətbuatın və azarkeşlərin ciddi tənqidi ilə üzləşib. 
Qeyd edək ki, Türkiyə 1-ci Liqasında çıxış edən “Kocaelispor” Superliqaya yüksəlmək vəzifəninin öhdəsindən gələ bilməyib. Komanda pley-offda “Çorum”a uduzub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO