"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Leypziq" türk vingeri transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Almaniya klubu 24 yaşlı ön xətt oyunçusu üçün İstanbul təmsilçisinə 23 milyon avroluq rəsmi təklif göndərib. "Sarı-qırmızılar" hələ ki, təklifə cavab verməyib.
Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2022-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "cim bom"un heyətində meydana çıxdığı 54 rəsmi matçda 7 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:58 / 25.05.2024
Almaniya klubu “Qalatasaray” futbolçusu üçün 23 milyon təklif edir
Hazırda oxunan: Almaniya klubu “Qalatasaray” futbolçusu üçün 23 milyon təklif edir
Hazırda oxunan: Almaniya klubu “Qalatasaray” futbolçusu üçün 23 milyon təklif edir
194078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.