Madrid “Real”x9dının futbolçusu Kriştianu Ronaldo təqdirəlayiq hərəkət edib.
Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu bu vaxta qədər qazandığı “Qızıl top”x9d mükafatlarından birini xeyriyyə məqsədilə satıb.
Belə ki, o, 2013-cü ildə əldə etdiyi “Qızıl top”x9du hərraca çıxarıb. “Make-A-Wish”x9d adlı yardım təşkilatının həyata keçirdiyi tədbirdə mükafat 600 min avroya satılıb. “Qızıl top”x9du İsrailin ən varlı şəxslərindən olan İdan Oferin aldığı bildirilir. Tədbirə “Mançester Siti”x9dnin baş məşqçisi Xosep Qvardiola və “Mançester Yunayted”x9din çalışdırıcısı Joze Mourinyo da qatılaraq, təşkilata dəstək kampaniyasına qoşulub.
“Make-A-Wish”x9d Ronaldonun “Qızıl top”x9dunun satışından əldə olunan pulu ölümcül xəstəliklərlə mübarizə aparan uşaqların müalicəsinə xərcləyəcək.
Qeyd edək ki, Kriştianu Ronaldo 2008, 2014 və 2016-cı illərdə də dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.

































































































