"Yuventus" mövsümün sonunda baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayıracaq.
Bizim.Media xəbər verir ki, Turin təmsilçisini kimin çalışdıracağı da məlumdur. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Yuventus" yayda "Bolonya" ilə müqaviləsi başa çatan Tiaqo Motta ilə razılıq əldə edib. Tərəflər arasında 2 illik sözləşmə ilə bağlı anlaşma var. 41 yaşlı mütəxəssis "Yuventus"da illik 3,5 milyon avro maaş alacaq.
Qeyd edək ki, Tiaqo Motta 2022-ci ilin sentyabr ayından "Bolonya"nın baş məşqçisidir. Komanda 36 turdan sonra 67 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:33 / 15.05.2024
“Yuventus” yeni baş məşqçisi o olacaq
Hazırda oxunan: “Yuventus” yeni baş məşqçisi o olacaq
Hazırda oxunan: “Yuventus” yeni baş məşqçisi o olacaq
192307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.