İngiltərə Premyer Liqasının 31-ci turunda “Şeffild Yunayted”i 3:1 hesabı ilə məğlub edən "Liverpul" yeni rekorda imza atıb.
Bizim.Media "Opta"ya istinadən xəbər verir ki, “mersisaydlılar” bu görüşdə 83,1 faiz topa sahib olublar.
Bu rəqəm 2003-04 mövsümündən - statistik məlumatlar toplanandan bəri Premyer Liqada rekord göstəricidir. Əvvəlki Premyer Liqa rekordu 2018-ci ildə “Suonsi” ilə görüşdə 82,9 faizlə “Mançester Siti”yə məxsus idi.
Qeyd edək ki, “Liverpul” hazırda 70 xalla turnir cədvəlinə başçılıq edir.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:30 / 05.04.2024
“Liverpul” “Mançester Siti”nin rekordunu qırdı
Hazırda oxunan: “Liverpul” “Mançester Siti”nin rekordunu qırdı
Hazırda oxunan: “Liverpul” “Mançester Siti”nin rekordunu qırdı
185850
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.