“Azərbaycan çempionatı nə ilə maraqlıdır? “Qarabağ” ordadır”.
Bizim.Media xəbər verir ki, bunu “Krasnodar”ın baş məşqçisi Murad Musayev deyib.
Cari mövsümün gedişində “Sabah”dan ayrılan rusiyalı mütəxəssis vətənində verdiyi açıqlamada Azərbaycan çempionatı barədə danışıb. Musayev “Qarabağ” fenomenini qeyd edib:
“Düşünürəm ki, bu komandaya hamı baxmalıdır. Çünki Avropa futbolunda ciddi hadisədir ki, minimal imkanlarla güclü mövqeyindən oynayırsan. Bilmirəm, “Braqa” ilə matçlara kim baxıb. Amma onlar Portuqaliya klubunu sadəcə üstələdilər. İkinci hissədə qırmızı vərəqə, iki sarı vərəqəyə görə çox üzücü cəzalanma oldu. Amma onlar üç, hətta üçyarım hissə “Braqa”dan üstün oldular. Portuqaliya klubu çox yaxşı komandadır və indi Liqa kubokunu qazanıb. Belə bir komandanın necə qurmağının mümkün olması çox maraqlıdır”.
Musayev Azərbaycan çempionatına rəng qatan digər komandaları da vurğulayıb:
“Azərbaycanda “Neftçi”də var. Böyük, hətta sovetdən qalma ənənələrə malikdir. Bir sıra digər maraqlı komandalar da var. “Sabah” da çox maraqlı komandadır”.
Qeyd edək ki, Musayev məhz “Qarabağ”la oyundakı 1:7 hesablı məğlubiyyətdən sonra istefa verib.
Rəşad Rafiqoğlu, Bizim.Media