Cüdo millimiz rekord sayda qızıl medal qazandı

Cüdo millimiz rekord sayda qızıl medal qazandı

Hazırda oxunan: Cüdo millimiz rekord sayda qızıl medal qazandı

184156

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Almaniyanın Bremen şəhərində keçirilən beynəlxalq "Masters" turnirində rekord sayda qızıl medal qazanaraq tarix yazıb.

Azərbaycan Cüdo Federasiyasından Bizim.Media-ya bildiriblər ki, idmançılarımız 4 qızıl və 3 bürünc mükafat əldə edərək medal sıralamasında Yaponiyanı, Özbəkistanı və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar.

Məhəmməd Musayev (66 kiloqram), Süleyman Əliyev (73 kiloqram), Aslan Kotsoyev (90 kiloqram) və Kənan Nəsibov (100 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Babarəhim Mirzəyev (60 kiloqram), İslam Rəhimov (66 kiloqram) və Tuncay Şamil (90 kiloqram) isə üçüncü yeri tutublar.
Xatırladaq ki, Azərbaycan cüdoçuları ötən il də Bremendə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq medal əyarına görə ümumi hesabda 1-ci yeri tutmuşdular.

Qeyd edək ki, "Masters" turnirinin keçmiş qalibləri arasında Olimpiya çempionları Teddi Riner, Takanori Naqase, Maşu Beyker və Aaron Vulf var.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO