İki nəhəng klub liqadan qovula bilər

İki nəhəng klub liqadan qovula bilər

Hazırda oxunan: İki nəhəng klub liqadan qovula bilər

183536

"Çelsi" və "Mançester Siti" Premyer Liqadan uzaqlaşdırılmaq təhlükəsi ilə üzləşib. 

Bizim.Media xəbər verir ki, bu barədə İngiltərənin “The Sun” qəzeti xəbər yayıb. 

Belə bir qərar onların maliyyə “fair-play” qaydalarını pozması sübuta yetiriləcəyi halda tətbiq oluna bilər. 

Mənbənin sözlərinə görə, müstəqil komissiya 2024-cü ilin payızında "Çelsi"nin işini araşdırmağa başlayacaq. Hələlik kluba qarşı ittiham irəli sürülməyib. Lakin ötən yay Roman Abramoviçin rəhbərliyi dövründə törədilən maliyyə pozuntuları aşkarlanıb. Məlum olub ki, bu zaman agentlərə ödənişlər klub tərəfindən qeydiyyata alınmayan hesablardan edilib.
“Mançester Siti”yə gəlincə, hələ 2023-cü ilin fevralında kluba maliyyə “fair-play” qaydalarını pozmaqla bağlı 115 ittiham irəli sürülüb.

Mümkün qanun pozuntularının miqyasının genişliyi səbəbindən adıçəkilən klublar Premyer Liqadan kənarlaşdırılma kimi ağır sanksiyaya məruz qala bilərlər.

Xatırladaq ki, daha əvvəl Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə “Nottingem Forest”in 4 xalının silinəcəyi barədə məlumat yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO