“Beşiktaş” rəsmisi “Qarabağ”ın legionerini bəyənib

“Beşiktaş” rəsmisi “Qarabağ”ın legionerini bəyənib

Hazırda oxunan: “Beşiktaş” rəsmisi “Qarabağ”ın legionerini bəyənib

182843

"Beşiktaş"ın idman direktoru Samet Aybaba "Qarabağ"ın futbolçusu Olavio Juninyonun oyununu bəyənib.

Bizim.Media xəbər verir ki, Türkiyənin "Fotomaç" nəşri bu iddia ilə çıxış edib. Bildirilib ki, Avropa Liqasının 1/8 finalı çərçivəsində "Bayer" – "Qarabağ" (3:2) oyununu izləyən mütəxəssis "sambaçı"nın oyunu bəyəndiyindən onun barəsində müsbət rəy verib. Aybaba hətta qarşılaşmada 1 qol vuran Juninyonun transferini sürətləndirməyi məsləhət görüb.

"Beşiktaş"da bununla bağlı toplantı keçiriləcəyi və mövsümün sonunda 27 yaşlı hücumçunun keçidi üçün işlərə start veriləcəyi bildirilir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO