Vüsal İsgəndərli oynadı, “Boluspor” qalib gəldi

Vüsal İsgəndərli oynadı, “Boluspor” qalib gəldi

Hazırda oxunan: Vüsal İsgəndərli oynadı, “Boluspor” qalib gəldi

181817

Futbol üzrə Türkiyə I Liqasında 26-cı turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" doğma meydanda "Giresunspor"u qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub.
28 yaşlı yarımmüdafiəçi 83-cü dəqiqədə Ceffersonun əvəzinə meydana daxil olub. Xallarını 42-yə yüksəldən "Boluspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media`

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO