“Leverkuzenə çox əzmkar bir “Qarabağ” gedəcək” - Tahir Gözəl

“Leverkuzenə çox əzmkar bir “Qarabağ” gedəcək” - Tahir Gözəl

Hazırda oxunan: “Leverkuzenə çox əzmkar bir “Qarabağ” gedəcək” - Tahir Gözəl

181624

“Gözəl oyun oldu, yaxşı nəticə qazandıq. Bilirsiniz, 70-ci dəqiqəyədək “Bayer”ə qarşı 2:0 hesabı ilə öndə olmaq Avropada rekord qırmaqdır. Çünki bilirsiniz ki, “Bayer” bu gün Avropanın ən güclü klubudur”. 

Bizim.Media qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin 1/8 finalının Bakıdakı ilk oyununda “Bayer”lə heç-heçə etməkləri barədə danışarkən söyləyib.

 O, bu tarixi nəticəni belə şərh edib:

“Qarşımızdakı “Mançester Siti”ni, “Barselona”nı geridə qoymuş möhtəşəm bir klub vardı. Bir tarix yaşadıq. Mən yenə də möhtəşəm nailiyyət qazanan Qurban Qurbanova, meydana canını qoyan futbolçularıma, əzmkar azarkeşlərə və xalqıma çox təşəkkür edirəm. Cənab Prezident bizimlə görüşəndə demişdi ki, mən sizi qalib hesab edirəm. Bu qələbənin bünövrəsi o zaman atıldı. Mən çox xoşbəxtəm ki, ölkəmizi qürurlandırdıq. Artıq hər kəs bilir ki, “Qarabağ” Azərbaycandır. Biz buna layiqik. Bizi heç kim susdura bilməz. Biz davam edəcəyik. Mən bir çıxış etmişdim. Demişdim ki, “Qarabağ” Avropaya süpriz etmək istəyir. Bizim arzumuz budur. Hesab edirəm ki, bu gün o sürprizi etdik. Tam istədiyimiz alınmasa da, mən hər iki komandanı təbrik edirəm. Möhtəşəm bir oyun idi. 

T.Gözəl 1 həftə sonra səfərdə keçirəcəkləri cavab oyunu haqqında da fikirlərini bölüşüb:

Mən futbolçularla görüşdüm. Orada qarşılaşdığım atmosfer, onların inamı möhtəşəm idi. Futbolda hər şey olur. Amma Leverkuzenə çox əzmkar bir “Qarabağ” gedəcək. Buna heç kimin şübhəsi olmasın. Almaniyadakı bütün azərbaycanlıları - əli-ayağı tutan hər kəsi stadionda gözləyəcəyəm”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO