Dubayda çimərlik futbolu üzrə dünya çempionatına yekun vurulub.
Bizim.Media xəbər verir ki, Braziliya milli komandası finalda İtaliyaya 6:4 hesabı ilə qalib gələrək 15-ci dəfə dünya çempionu olub.
Oyunun 17-ci dəqiqəsində italyanlar qırmızı vərəqə alaraq azlıqda qalıblar.
3-cü yer uğrunda oyunda İran seçməsi Belarusdan üstün olaraq bürünc medalları qazanıb. Belarus millisinin üzvü Briştel dünya çempionatının ən yaxşı bombardiri olub.
Xatırladaq ki, çimərlik futbolu üzrə dünya çempionatı 1995-ci ildən keçirilir. Sonuncu dəfə braziliyalılar 2017-ci ildə Baham adalarında keçirilən mundialda titul qazanmışdılar. Ondan sonrakı çempionatlarda isə yarımfinala belə çıxa bilməmişdilər.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
15:12 / 26.02.2024
Çimərlik futbolu üzrə dünya çempionu MƏLUM OLDU
Hazırda oxunan: Çimərlik futbolu üzrə dünya çempionu MƏLUM OLDU
Hazırda oxunan: Çimərlik futbolu üzrə dünya çempionu MƏLUM OLDU
179935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.