Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da meydana çıxıb.
MÖVZU İLƏ BAĞLI:
Matç BAŞLADI: Qarabağ azarkeşlərindən duyğulandıran xareoqrafiya - VİDEO
Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat "Qarabağ"ın 3:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan Ağdam təmsilçisi 1/8 finala adlayıb.
Bu, Azərbaycan futbolu tarixində ilkdir.
22 fevral
UEFA Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 2:3
Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axudzadə, 120+2 (2:3)
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57 ("Qarabağ")
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:2