Ton Kroos qərarını dəyişib. Təcrübəli yarımmüdafiəçi Almaniya millisinə qayıdır.
Bizim.Media xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi 3 il öncə Bundestimdəki çıxışını başa vurmuş, Dünya Çempionatına yollanmamışdı. Yeni baş məşqçi Yulian Naqelsmann isə onu fikrindən daşındıra bilib.
Kroos növbəti Avropa Çempionatının final mərhələsində çıxış edəcək.
Toni deyib: “Məşqçi məndən əhvalımın necə olduğunu soruşdu. O, qitə çempionatında xüsusi birşeylər edə biləcəyimizə əmindir. Mən də bu üzdən belə qərar verdim.
Mart ayından etibarən yenidən millidə oynayacam. Səbəbi odur ki, baş məşqçi bunu məndən xahiş edib. İnanıram ki, komandamız çox güclüdür və Avropa çempionatında hər kəsin gözlədiyindən daha yaxşı nəticə göstərə bilər”.
Yarımmüdafiəçi 11 il ərzində milli komandanın şərəfini qoruyub. Bu müddət ərzində o, 106 oyunda meydana çıxaraq 17 qol vurub.
Oyunçu 2014-cü ildə dünya çempionluğunu qazanıb. Bu qərardan sonra “Real” rəhbərliyi də yeni müqavilə bağlamaq üçün ümidlənib. Mövsüm bitdikdə karyerasını başa vurmağ düşünən Kroos yəqin ki, Madriddə yola davam etməyə də qərar verəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:30 / 22.02.2024
Toni Kross yenidən Almaniya millisində
Hazırda oxunan: Toni Kross yenidən Almaniya millisində
Hazırda oxunan: Toni Kross yenidən Almaniya millisində
179447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.