Daha 4 güləşçimiz Avropa çempionatında medal qazandı - FOTO

Daha 4 güləşçimiz Avropa çempionatında medal qazandı - FOTO

Hazırda oxunan: Daha 4 güləşçimiz Avropa çempionatında medal qazandı - FOTO

178791

Azərbaycanın daha dörd sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki,  yarışın sonuncu günündə Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) üçüncü yeri tutublar.

Daha əvvəl güləşçilərimiz 12 mükafat (5 qızıl, 3 gümüş və 4 bürünc) əldə ediblər.

Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanovla (57) Əli Rəhimzadə (65 kq) bürünc mükafata sahib çıxıblar.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO