Bu gün Azərbaycan Premyer Liqasında hansı oyunlar olacaq?

Bu gün Azərbaycan Premyer Liqasında hansı oyunlar olacaq?

Hazırda oxunan: Bu gün Azərbaycan Premyer Liqasında hansı oyunlar olacaq?

178707

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, ilk olaraq “Sumqayıt” “Turan Tovuz”u qəbul edəcək.

Qarşılaşma saat 15:30-da start götürəcək. “Gənclik şəhəri” təmsilçisi 35 xalla ikinci, Tovuz klubu 29 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında “Neftçi” və “Zirə” üz-üzə gələcəklər. Görüş saat 18:00-da başlanacaq. 32 xala malik komandalar 2-3-cü yerləri bölüşdürürlər.

18 fevral (bazar)

15:30. “Sumqayıt” - “Turan Tovuz”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

18:00. “Neftçi” - “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Emin Cəfərov

“Neftçi Arena”.

Qeyd edək ki, turun “Qəbələ” - “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO