Mahir Emreli “Dinamo”dan AYRILACAQ

Mahir Emreli “Dinamo”dan AYRILACAQ

Hazırda oxunan: Mahir Emreli “Dinamo”dan AYRILACAQ

178551

Azərbaycan milli komandasının vingeri Mahir Emreli “Dinamo”dakı gələcəyi ilə bağlı qərarını verib. 

Bizim.Media xəbər verir ki, 26 yaşlı futbolçu mövsümün sonunda “Dinamo”dan ayrılmaq qərarına gəlib. 

Buna səbəb isə, ona istənilən qədər şans verilməməsidir. Qış hazırlığı dövründə zədələndiyi üçün müalicə olunan Emreli bu ayın sonuna qədər düşərgəyə qayıdacaq. Lakin Mahir yeni mövsümə fərqli komandada başlamaq istəyir. Onun xidmətində Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı klubları maraqlıdır. 
Emreliyə bu qış “Kocaelispor”dan sərfəli təklif olsa da, o, aşağı liqada oynamaq istəmədiyi üçün bundan imtina etmişdi. 

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO