Avropa çempionatında uğur qazanan güləşçilərimiz VƏTƏNƏ DÖNDÜLƏR - FOTO

Avropa çempionatında uğur qazanan güləşçilərimiz VƏTƏNƏ DÖNDÜLƏR - FOTO

Hazırda oxunan: Avropa çempionatında uğur qazanan güləşçilərimiz VƏTƏNƏ DÖNDÜLƏR - FOTO

178401

Rumıniyanın paytaxtı Buxarestə keçirilən Avropa çempionatında uğurlu nəticə qazanan Azərbaycanın yunan-Roma güləşçiləri fevralın 15-də Vətənə qayıdıblar.

Bizim.Media AZƏRTAC-a istinadən  xəbər verir ki, Heydər Əliyev Hava Limanında baş tutan qarşılanma mərasimində idmançıların ailə üzvləri, yaxınları və federasiya nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar. Nihad Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram) və Həsrət Cəfərov (67 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram), Ülvü Qənizadə (72 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) isə bürünc medalın sahibi olublar. Yığma bu göstərici ilə Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO