“Qarabağ”ın apardığı transfer siyasəti son illər özünü doğruldur. Klub xüsusilə legioner seçimində diqqətli davranır və yaxşı futbolçular tapmaqla onların formalaşmasında ciddi rol oynayır. Bu isə həmin legionerlərin xarici klublara transferinə şərait yaradır.
Artıq “Qarabağ” bu legionerlərin satışından ciddi gəlir əldə etməyə başlayıb. Təkcə Kadinin satışından klubun büdcəsinə 5 milyon avro vəsait daxil olub. Hazırda da “Qarabağ”ın heyətindəki bir çox futbolçular əcnəbi komandaların diqqət mərkəzindədir və onların çoxu növbəti mövsümdə klubu tərk edə bilər.
Bizim.Media-nın mövzu ilə bağlı hazırladığı videosüjeti təqdim edirik:
Rəşad Rafiqoğlu, Bizim.Media