“Qəbələ”nin sabiq rəsmisi “Qarabağ”da ÇALIŞACAQ

“Qəbələ”nin sabiq rəsmisi “Qarabağ”da ÇALIŞACAQ

Hazırda oxunan: “Qəbələ”nin sabiq rəsmisi “Qarabağ”da ÇALIŞACAQ

178274

Nail Kərimov fəaliyyətini “Qarabağ”da davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, “Qəbələ”dən ayrılan sabiq baş menecer Ağdam klubunun akademiyasında çalışacaq. 

2006-cı ildən bölgə təmsilçisində mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri kimi çalışan Kərimov 2021-ci ilin dekabrından klubda baş menecer idi. 
Amma onun böyük futbolda karyerası alınmadı və komandanı sonuncu pillədə olarkən tərk etdi.

Nail bəy bundan sonra yenə uşaq futbolunda çalışacaq. O, Aftandil Hacıyevin rəhbər olduğu akademiyada texniki işlərlə məşğul olacaq. 

Təyinatın tezliklə rəsmiləşməsi gözlənilir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO