"Braqa" kimi biz də qalib gələ bilərik" - Julio Romao

Hazırda oxunan: "Braqa" kimi biz də qalib gələ bilərik" - Julio Romao

178226

"Komandamızda Portuqaliya təcrübəsi olan bir neçə futbolçu var. "Braqa"nın necə güclü komanda olduğunu bilirik. Rəqib topla oynamağı sevir. Bununla belə çalışacağıq ki, layiqli mübarizə aparaq və baxımlı futbol göstərək".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Julio Romao UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə keçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransında deyib.

Braziliyalı yarımmüdafiəçi hər iki komandanın qələbə qazanmaq şansının olduğunu bildirib:

"Oyunun nəticəsini detallar həll edəcək. "Braqa" kimi biz də qalib gələ bilərik. "Braqa" ciddi rəqibdir. Amma bura Avropa Liqasıdır. Rəqibi tanımaq üçün kifayət qədər vaxtımız olub. Hər iki komanda qələbə qazanmaq iqtidarındadır".

Portuqaliyada çıxış etmiş Romao baş məşqçisi Qurban Qurbanovun ondan "Braqa" ilə bağlı məlumat almadığını qeyd edib:

"Şəxsən məndən heç nə soruşmayıb. Rəqibin oyunlarını izləmişik. Baş məşqçimiz bildirdi ki, "Braqa" sürətli, və hücumameyilli futbol sərgiləyən komandadır".

Romao portuqaliyalılar üçün "Qarabağ"ı belə xarakterizə edib:

"Həm ölkə çempionatında, həm də avrokuboklarda topu ələ keçirən kimi dərhal sürətli hücumlara çıxırıq. Bu, bizim ən təhlükəli tərəflərimizdən biridir. Ölkə çempionatında rəqiblər öz meydançalarına qapanan zaman topa nəzarət və əks-hücumlardan istifadə edirik".

Romao "Braqa"da ən çox kimdən təhlükə gözləyirsiniz" sualını da cavablandırıb:

"Ən təhlükəli oyunçu Əl-Musratini hesab edirdim. Artıq o komandanı tərk edib. Amma Calo və Bruma da təhlükəlidir. Həm hücumda, həm müdafiədə komandaya kömək edirlər".

Romao bu mövsüm qrupda qarşılaşdıqları "Bayer"lə "Braqa"nı müqayisə edib:

"Bayer"in topa nəzarəti, rəqibə etdiyi pressinq çox möhtəşəmdir. Hər hansı bir müqayisə edə bilmərəm. Amma "Braqa" da illər boyu adını, nüfuzunu saxlamış komandadır. "Bayer"lə oyunda çəkdiyimiz çətinliyi sabah da çəkəcəyimizə inanmıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO