Taekvondoçularımız Türkiyədə daha 4 medal qazandılar

Taekvondoçularımız Türkiyədə daha 4 medal qazandılar

Hazırda oxunan: Taekvondoçularımız Türkiyədə daha 4 medal qazandılar

177624

Azərbaycanın yeniyetmə taekvondoçuları Antalyada keçirilən Türkiyə açıq çempionatında daha 4 medal qazanıblar.

Bizim.Media xəbər verir ki, yığmanın heyətində Hüseyn Abbaslı (148 sm) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Yalnız finalda uduzan Murad Canəliyev (152 sm), Novruz Əliyev (168 sm) və Çingiz Həsənov (172 sm) ikinci yeri tutublar.

Bununla da baş məşqçisi Rəşad Məmmədovla böyük məşqçi Vurğun Cəfərovun rəhbərlik etdiyi komanda Türkiyə açıq çempionatını 2 qızıl, 3 gümüş, 1 bürünc medalla başa vurub.

Yarışın ilk günündə Məryəm Cəfərova (152 sm) birinci, Gülay Əliyeva (160 sm) isə üçüncü yeri tutub.

Qeyd edək ki, çempionatda Azərbaycanın böyüklərdən ibarət millisi də iştirak edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO