Murad Musayevdən məğlubiyyət ŞƏRHİ:

Murad Musayevdən məğlubiyyət ŞƏRHİ: "Yüz faiz mən günahkaram"

Hazırda oxunan: Murad Musayevdən məğlubiyyət ŞƏRHİ: "Yüz faiz mən günahkaram"

175859

"Rəqib bütün komponentlərdə bizdən üstün idi. Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil. Günahkar özümüzük".

Bizim.Media xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qarabağ"a keçirilən oyundan (1:7) sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis "Qarabağ" kimi rəqibə qarşı açıq futbol oynamalarını belə şərh edib:

"İlk hissədə özümüz rəqibə 3 qol hədiyyə verdik. Ondan sonra artıq hesabın 1:5, 1:6, 1:7 olmasının fərqi yox idi". 

M.Musayev ağır məğlubiyyətin komandaya təsirini aradan qaldırcaqlarını deyib:

"1:7 ağır nəticədir. Təsir edib-etməyəcəyini bilmirəm. Amma bütün bunların öhtəsindən gəlməliyik".

M.Musayev "Sabah" tarixinin ən ağır məğlubiyyətində sırf özünü günahkar sayır:

"Yüz faiz mən günahkaram. Məşqçi mənəm, keyfiyyətə görə mən məsuliyyət daşıyıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO