UEFA “Qarabağ”a 3 milyona yaxın ödəniş etdi

UEFA “Qarabağ”a 3 milyona yaxın ödəniş etdi

Hazırda oxunan: UEFA “Qarabağ”a 3 milyona yaxın ödəniş etdi

174776

UEFA “Qarabağ” klubuna 1 milyon 516 min avro (2 milyon 779 min 350 manat) ödəniş edib.

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu məbləğ Azərbaycan çempionunun 2023/2024 mövsümünda Avropa Liqasının qrup mərhələsində keçirdiyi son iki oyunda əldə etdiyi nəticələr (bir qələbə, bir heç-heçə) və turnirin pley-off mərhələsinə vəsiqə qazanması, həmçinin performans bonusu ilə əlaqədar verilib.

“Köhlən atlar” qələbəyə görə 630 min avro, bərabərlik üçün 210 min avro alıblar. 

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnirin pley-off mərhələsinə yüksəldiyindən 550 min avro, performans bonusu olaraq isə 126 min avro gəlir əldə edib.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşacaq. İlk oyun fevralın 15-də səfərdə, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO