Coşqun Diniyev

Coşqun Diniyev "Qalatasaray"la matçın start heyətində

Hazırda oxunan: Coşqun Diniyev "Qalatasaray"la matçın start heyətində

174068

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi "Ümraniyespor" bu gün Türkiyə Kubokunda 5-ci tur oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, komanda səfərdə "Qalatasaray"la üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayıb. Oyunun baş hakimi İbrahim Aksoydur.

Komandaların heyətləri açıqlanıb. Coşqun Diniyev "Qaralatasaray"la matçın start heyətində yer alıb.

"Qalatasaray" hazırda Türkiyə Superliqasında 51 xalla 2-ci, "Ümraniyespor" isə 1-ci liqada 23 xalla 9-cudur. Bu komandalar son dəfə ötən il üz-üzə gəliblər və "Qalatasaray" 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Coşqun Diniyev mövsümün əvvəlindən "Ümraniyespor"da çıxış edir. 28 yaşlı yarımmüdafiəçi bu müddət ərzində 19 rəsmi matçda 3 qol vurub və 2 qolun ötürməsini verib.

22:00. "Qalatasaray" - "Ümraniyespor" 

Baş hakim: İbrahim Aksoy

"Ali Sami Yen" İdman Kompleksi

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO