\

\"Başakşehir\" İsraili dəstəkləyən futbolçusu ilə yolları ayırır

Hazırda oxunan: \"Başakşehir\" İsraili dəstəkləyən futbolçusu ilə yolları ayırır

174056

"Başakşehir" israilli futbolçusu Eden Kazrevlə yolları ayırmağa qərar verib.

Bizim.Media xəbər verir ki, İstanbul klubu bununla bağlı açıqlama yayıb.

Kazrevin Fələstinlə münaqişədə ölkəsinə dəstək verdiyi üçün komandadan göndəriləcəyi bildirilib:

“Futbolçu klubun intizam göstərişinə uyğun olaraq cərimələnib və Eden Karzevin karyerasını xaricdə davam etdirməsi məqsədəuyğun hesab edilib” - deyə klubun açıqlamasında qeyd olunub.

Bir neçə gün əvvəl Türkiyənin  "Antalyaspor" klubu da eyni səbəbdən oxşar addım atmışdı. Komandanın israilli futbolçusu Saqiv Yehezkelin ölkəsinə dəstək verən qol sevincinə görə müqaviləsi ləğv ediləcəyi açıqlanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO