“İnter” iranlı futbolçu transfer edir

“İnter” iranlı futbolçu transfer edir

Hazırda oxunan: “İnter” iranlı futbolçu transfer edir

173898

İtaliyanın "İnter" klubu yayda hücum xəttini yeni oyunçu ilə gücləndirəcək. 

Bizim.Media xəbər verir ki, Milan təmsilçisi mövsümün sonunda "Portu" ilə müqaviləsi başa Mehdi Taremini transfer edəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb. 

"İnter" iranlı forvardla şərtləri razılaşdırıb. Tərəflər arasında 2+1 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, "Portu" Mehdi Taremini 2020-ci ilin yayında "Rio Ave"dən transfer edib. 31 yaşlı hücumçu bu mövsüm Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO