\

\"Qəbələ\"nin futbolçusu ilə bağlı yeni QƏRAR

Hazırda oxunan: \"Qəbələ\"nin futbolçusu ilə bağlı yeni QƏRAR

173878

AFFA “Qəbələ”nin futbolçusu Samuel Tettehin cəzalandırılması ilə bağlı klubun şikayətini təmin etməyib. 

Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı qanalı hücumçu ilə bağlı AFFA İntizam Komitəsinin 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya qərarını qüvvədə saxlayıb.

Tetteh Azərbaycan Premyer Liqasının 17-ci turunda “Səbail”lə keçirilən görüşün 36-cı dəqiqəsində rəqibə zərbə endirdiyi üçün qırmızı vərəqə almışdı. Klub 27 yaşlı forvard üçün apellyasiya şikayəti versə də, bu, təmin edilməyib.
"Qəbələ"nin Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququ var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO