"Neftçi" heyətdəki futbolçulardan birinə yeni müqavilə təklif edib.
Bizim.Media xəbər verir ki, bakılılar 2022-ci ilin yayında sıralarına qatdığı Ataa Caberi heyətdə saxlamaq istəyir.
Onun 2 illik müqaviləsi bu ilin iyununda başa çatacaq.
"Ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinən 29 yaşlı yarımmüdafiəçiyə yeni 2 illik müqavilə təklif olunub. Əgər o, təklifi qəbul etsə, əvvəlkindən daha çox qazana bilər.
Qeyd edək ki, Ataa Caber İsrailin “Makkabi” (Hayfa, 2012 - 2017), “Bney Saxnin” (2015, 2017 - 2021) və “Aşdod” (2021-2022) klublarında forma geyinib. 2015-2016-cı illərdə bu ölkənin U-21 milli komandasının üzvü olub. 2016-cı ildə “Makkabi”nin heyətində İsrail Kubokunu qazanıb.
Caber hazırda “Neftçi”nin Antalyada keçirilən toplanışında iştirak etmir. Buna səbəb oyunçunun Fələstin millisinin düşərgəsində olmasıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media
![“Neftçi” legionerinə yeni müqavilə TƏKLİF ETDİ “Neftçi” legionerinə yeni müqavilə TƏKLİF ETDİ](https://bizim.media/file/articles/2024/01/13/1705141056_photo_5266959867745263027_x.jpg)
- A-
- A
- A+
İdman
14:46 / 13.01.2024
“Neftçi” legionerinə yeni müqavilə TƏKLİF ETDİ
Hazırda oxunan: “Neftçi” legionerinə yeni müqavilə TƏKLİF ETDİ
Hazırda oxunan: “Neftçi” legionerinə yeni müqavilə TƏKLİF ETDİ
173232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.