Mahir Emreli qış transferində başqa kluba keçməyəcək - SƏBƏB

Mahir Emreli qış transferində başqa kluba keçməyəcək - SƏBƏB

Hazırda oxunan: Mahir Emreli qış transferində başqa kluba keçməyəcək - SƏBƏB

172358

Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış transfer pəncərəsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunu tərk etməyəcək.

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun zədələnməsi onun baş komandaya mümkün keçidinə mane olub.

Zədə səbəbindən ən azı altı həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilən forvardın son durumuna MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən sonra ayındıq gələcək.

Futbolçu Sloveniyanın “Roqaşka” komandasına qarşı keçirilmiş yoxlama görüşündə (1:0) sıradan çıxıb.
Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə 2026-cı ilin yayınadək müqaviləsi var. Onunla Rusiya və Türkiyə klubları yaxından maraqlanırdı.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO