PSJ-nin futbolçusu Milan Şkrinyar zədələnib.
Bizim Media xəbər verir ki, Slovakiya millisinin mərkəz müdafiəçisi Superkubokun "Tuluza" ilə görüşündə (2:0) xəsarət alıb.
Zədəsi ciddi olan Şkrinyar ən azı bir neçə ay oyunu buraxacaq. Əgər onun əməliyyat zərurəti yaransa, müdafiəçi cari mövsümdə meydana çıxmayacaq.
Qeyd edək ki, ötən yay "İnter"dən PSJ-yə azad agent kimi keçən futbolçu cari mövsümün 23 matçında 1 qol vurub. Onun müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:58 / 04.01.2024
PSJ-də ciddi itki
Hazırda oxunan: PSJ-də ciddi itki
Hazırda oxunan: PSJ-də ciddi itki
172050
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.