Bu legioner də “Neftçi”dən gedir

Bu legioner də “Neftçi”dən gedir

Hazırda oxunan: Bu legioner də “Neftçi”dən gedir

172028

“Neftçi”ni tərk edəcək daha bir futbolçunun adı müəyyənləşib. Söhbət Lukas Melanodan gedir.

Bizim Media xəbər verir ki, «ağ-qaralar»ın yeni baş məşqçisi Miodraq Bojoviç nigeriyalı hücumçu Aaron Olanare ilə yanaşı, argentinalı forvardın da xidmətində maraqlı deyil.

Monteneqrolu mütəxəssis Azərbaycan Premyer Liqasında qol vura bilməyən cənubi amerikalı legionerlə vidalaşmağı zəruri sayır. Melanonun bakılılarla müqaviləsi 1+1 illikdir. 31 yaşlı forvardın buna kimi sonuncu klubu “Atletiko Sarmiento” olub. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO