Karlsen 5-ci dəfə dünya çempionu oldu

Karlsen 5-ci dəfə dünya çempionu oldu

Hazırda oxunan: Karlsen 5-ci dəfə dünya çempionu oldu

171217

Maqnus Karlsen 5-ci dəfə rapid üzrə dünya çempionatında qızıl medal qazanıb. 

Bizim.Media xəbər verir ki, norveçli şahmatçı Özbəkistanın paytaxtı Səmərqənddə keçirilən turnirdə birinci olub.

Karlsen son turda hindistanlı Rameşbaba Praqnandxa ilə heç-heçə oynayıb. 13 turdan sonra xalının sayını 10-a yüksəldən norveçli birinci yeri tutub. 

“Çox xoşbəxtəm. Dününəki partiyadan razı qalmamışdım, ona görə də bu gün vəziyyəti çətinə salmaq istəmədim. Ola bilər ki, daha ehtiyatlı oynadım”, - deyə Karlsen qələbəsinə münasibət bildirib.

Qeyd ki, Karlsen 2014-cü, 2015-ci, 2019-cu və 2022-ci illərdə dünya çempionatının qalibi olub.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO