\

\"Zirə\" Futbol Klubu qələbə qazanmadı

Hazırda oxunan: \"Zirə\" Futbol Klubu qələbə qazanmadı

1706

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Bizim.Media bildirir ki, günün ikinci qarşılaşmasında "Zirə" "Səbail"i qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. "Qartallar" ardıcıl 3-cü görüşdə qələbə qazana bilməyib.

Bu nəticədən sonra xalını 12-yə çatdıran meydan sahibləri 3-cü sıradakı mövqeyini qoruyub. Bir oyun az keçirən "dənizçilər" isə 6-cı xalını qazanıb. Turnir cədvəlində özü ilə eyni xala malik "Sabah"ı qabaqlayan komanda 7-ci yerə yüksəlib.

Masazır təmsilçisi isə günün ilk oyununda "Qəbələ"yə səfərdə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Qarabağ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO