Milyarder “Mançester Yunayted” klubunun səhmlərinin 25%-ni aldı

Milyarder “Mançester Yunayted” klubunun səhmlərinin 25%-ni aldı

Hazırda oxunan: Milyarder “Mançester Yunayted” klubunun səhmlərinin 25%-ni aldı

170588

Kimya nəhəngi “İneos”un sahibi Cim Ratkliff İngiltərənin “Mançester Yunayted” futbol klubunun səhmlərinin 25%-ni alıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Britaniyanın “Trawlers Limited” şirkəti klubun “B” sinifli səhmlərin 25%-ni alıb və həmçinin klub rəhbərliyi ilə “A” sinifli səhmlərin 25%-ə qədərini almağa razılaşıb.

Müqavilənin dəyəri 1,2 milyard funt sterlinq (1,52 milyard ABŞ dolları - Qeyd) təşkil edib.

Milyarder həmçinin “Old Trafford” stadionunun infrastrukturuna 300 milyon dollar sərmayə qoyacaq ki, bunun da 200 milyon dolları müqavilə bağlandıqdan sonra, daha 100 milyon dolları isə 2024-cü ilin sonuna kimi ödəniləcək.

“İneos” şirkətinə həmçinin klubun futbol əməliyyatlarını idarə etmək hüququ veriləcək.

Bundan əvvəl “Qırmızı Şeytanlar” 2005-ci ildə 1,34 milyard dollara “Mançester Yunayted”i satın alan Coel və Avram Qleyzerə məxsus idi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO